Modern.az

Goranboy rayon İcra Hakimiyyətində qəbul - FOTO

Goranboy rayon İcra Hakimiyyətində qəbul - FOTO

Aktual

8 May 2019, 20:49

Bu gün Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşların qəbulunu keçirib.

Modern.az xəbər verir ki, qəbulda idarə, müəssisə və təşkilat rəhbərləri  iştirak edib. Sakinlər öz problemlərini, təkliflərini səsləndiriblər. Müraciətlər arasında işlə təminat, torpaq sahəsinin ayrılması,  elektrik enerjisi və təbii qazla bağlı məsələlər üstünlük təşkil edib. Vətəndaşların müraciətlərini dinləyən Məhərrəm Quliyev, səsləndirilən bir çox problemlərin əksəriyyətinin yerindəcə həlli barədə konkret tapşırıqlar verib. Digər məsələlərin həlli araşdırılaraq müvafiq qurumlara tapşırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər