Modern.az

Daşınar abidələrin xaricə aparılması qaydası dəyişir

Daşınar abidələrin xaricə aparılması qaydası dəyişir

Aktual

13 May 2019, 16:42

Daşınar abidələrin xaricə müvəqqəti aparılması qaydası "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun 16-ci maddəsi ilə tənzimlənir və onların Azərbaycan Respublikasindan xaricə müvəqqəti aparılması yalnız elmi təbliğat və mədəni mübadilə məqsədilə Nazirlər Kabinetinin icazəsi ilə həyata keçirilir, bu məqsədlə abidələrin müvəqqəti ölkədən çıxarılması üçün gömrük orqanlarına yazılı təqdimat verilməlidir.

Modern.az xəbər verir ki, bu barədə "Yol hərəkəti haqqında" və “Notariat haqqında" qanunlarda dəyişiklik edilməsi barədə sənəddə bildirilib.

"Mədəniyyət haqqında" Qanunun 43-cu maddəsi mədəniyyət sahəsində qadağaları nəzərdə tutur. Qanunun 43.0.8 maddəsi mədəni sərvətlərin sökülməsi, məhv edilməsi, parçalanması,  başqa yerə köçürülməsi və zahiri görkəminin dəyisdirilməsini həmin Qanunun 39.2-ci maddəsi nəzərə alınmaqla qadağan edir.

Qanunun 39-cu maddəsi mədəni sərvətlərin mühafizəsini nəzərdə tutur. 39.2 maddə isə birbaşa mühafizənin qabaqlayıcı dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan sökülməsini, məhv edilməsini, parçalanmasını, yeni quruluşa salınmasını, başqa yerə köçürülməsini və zahiri görkəminin dəyişdirilməsini qadağan edir.

Bu baxımdan layihə adıçəkilən qanunlar arasında mövcud olan ziddiyyətin aradan qaldırılması məqsədilə hazırlanıb.

Sənəd Milli  Məclisin mayın 17-də keçirilməsi nəzərdə tutulan iclasında müzakirəyə çıxarılacaq.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı