Modern.az

Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Vətənə döndü

Kiyevdə insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Vətənə döndü

Aktual

31 May 2019, 01:18

Ukraynada insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyev Vətənə dönüb.

 

Modern.az xəbər verir ki, Zabit Quliyevi Borispol Beynəlxalq Hava Limanında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev və səfirliyin əməkdaşları yola salıb.

 

Milli Qəhrəmanın müalicəsi Bakıda davam etdiriləcək. Artıq xəstə kritik vəziyyətdən çıxıb. Son günlər ayaqlarını sərbəst hərəkət edir.

 

Qeyd edək ki, tədbirlərdə iştirak etmək üçün Kiyevə gələn Z.Quliyevin səhhəti mayın 9-da qəflətən pisləşib. O, dərhal xəstəxanaya yerləşdirilib.

 

Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında Zabit Quliyevin müalicəsi ciddi nəzarətə götürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı