Modern.az

Hacı Muradın nəşi Qaxdan doğma kəndinə aparılır

Hacı Muradın nəşi Qaxdan doğma kəndinə aparılır

Aktual

31 May 2019, 01:25

“Çeçen xalqının qəhrəmanı, əfsanəvi Şeyx Şamilin sağ əli olan Hacı Muradın nəşi iyunun 2-də doğma kəndində basdırılacaq”. Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

Elxan Şahinoğlunun sözlərinə görə artıq Rusiyanın bir neçə saytı bu barədə məlumat yayıb: “Məsələ burasındadır ki, Hacı Muradın qəbri Azərbaycanın Qax rayonu ərazisindədir. Yolum Qaxa düşəndə Rusiya impreriyasına qan udduran qəhrəmanın qəbrini ziyarət edirəm. Ona görə də, Rusiya saytlarının xəbəri mənim üçün maraqlı gəldi. Biz nəşin Dağıstana daşınmasına nə vaxt icazə verdik?

 

Əlbəttə əgər Hacı Muradın nəslindən olan qohumları tarixi şəxsiyyəti doğma kəndlərində basdırmaq istəyirlərsə, buna normal baxıram. Sadəcə, 1852-ci ildə Hacı Muradın dəstəsini mühasirəyə alan ruslar onun başını kəsərək Sank-Peterburqa aparıblar. Hacı Muradın başı indi də Sankt-Peterburqdakı muzeyin arxivində saxlanılır. Baş kəsmək qəddarlığın bir nümunəsidirsə, həmin başı uzun illər muzeyin tozlanmış arxivində saxlamaq bir başqa qəddarlıqdır. Ona görə də Hacı Murad İslam ənənəsinə uyğun olaraq başı ilə birgə basdırılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı