2019/2020-ci tədris ili üçün Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyasında və onun Sankt-Peterburq və Rostov şəhərlərindəki filiallarında “Gömrük işi” ixtisası üzrə tələbə qəbulu elan edilir
Modern.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3, 4 iyun tarixlərində DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Rusiya Federal Gömrük Xidməti Rusiya Gömrük Akademiyası arasında əməkdaşlıq haqqında sazişə uyğun olaraq Moskva vilayəti Lüberts şəhərində yerləşən Rusiya Gömrük Akademiyasında 2, onun Sankt-Peterburq və Rostov filiallarının hər birində 1 nəfər olmaqla “Gömrük işi” ixtisası üzrə əyani təhsil alması üçün ümumilikdə 4 nəfər Azərbaycan Respublikası vətəndaşı üçün yer ayrılıb.
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 3, 4 iyun tarixlərində DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M).
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər SQK-ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
Müsabiqədə iştirak etmək hüququna 2019-cu ildə qəbul imtahanını rus dilində verən:
Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.
Ərizə qəbulunda iştirak edən 4 nəfərin namizədliyi ödənişsiz təhsil forması üzrə oxumaq üçün qeyd olunan Akademiyaya təqdim olunacaqdır.
Abituriyentlər Sənəd Qəbulu Komissiyasına aşağıdakı sənədləri təqdim etməlidirlər:
Daha sonra abituriyentlər Akademiyada ictimai fənlər, həmçinin rus dili və xarici dil fənləri üzrə yazılı imtahan verəcəklər.
Nəqliyyat və yaşayış xərcləri abituriyentlərin özləri tərəfindən ödənilir. Qəbul imtahanı müddətində abituriyent və onların valideynləri təhsil müəssisəsinin yataqxanasında 500 rubl ödəniş etməklə qala bilərlər.
Abituriyentlər onları maraqlandıran əlavə məlumatları müvafiq keçidlərdən əldə edə bilərlər.
Rusiya Gömrük Akademiyası Sankt-Peterburq filialı
Rusiya Gömrük Akademiyası Rostov filialı