Modern.az

Azad Rəhimov portuqaliyalı futbolçunu təltif etdi

Azad Rəhimov portuqaliyalı futbolçunu təltif etdi

Aktual

31 May 2019, 11:32

Bakıda səfərdə olan Türkiyənin "Beşiktaş" klubunun və Portuqaliya milli komandasının futbolçusu Rikardu Kuarejma gənclər və idman naziri Azad Rəhimovla görüşüb. 

 

Modern.az-ın məlumatına görə, görüşdə  "Beşiktaş" fanatları da iştirak ediblər. 

Nazir portuqaliyalı yarımmüdafiəçini salamlayıb və futbolçunun gəlişinin şəhərlə tanışlıq xarakteri daşıdığını bildirib. 

O, UEFA Avropa Liqasının finalının yüksək səviyyədə keçdiyini və ölkəyə gələn qonaqların yaradılan şəraitdən razı qaldığını qeyd edib. 

 

Nazir söyləyib ki, Azərbaycan mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə tam hazırdır.

 

Daha sonra Kuerajma Azərbaycan və Portuqaliya arasındakı dostluğa görə diplomla təltif olunub. 

 

Novruz Novruzlu

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı