Modern.az

UNEC SOCAR üçün proqnoz hazırlayıb

UNEC SOCAR üçün proqnoz hazırlayıb

Aktual

31 May 2019, 11:35

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azeri Light” markalı neftin dünya bazarındakı qiymətinin proqnozlaşdırılması ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) sifariş verib.

Modern.az-ın məlumatına görə, bunu UNEC-in rektoru Ədalət Muradov “İqtisadiyyat və İdarəetmə ixtisasları üzrə magistrantların Beynəlxalq Elmi Konfransı”ndakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, sözügedən sifariş artıq icra olunub: “Mən fürsətdən istifadə edərək, SOCAR-a, onun prezidenti Rövnəq Abdullayevə təşəkkür edirəm”.

 

Jalə Mehdiyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı