Modern.az

YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin yeni terkibi müəyyənləşdi                            

YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyinin yeni terkibi müəyyənləşdi                            

Aktual

31 May 2019, 15:56

Bu gün Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib.

 

Modern.az xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

200 nəfərdən çox nümayəndənin iştirak etdiyi konfransı YAP Siyəzən rayon təşkilatının sədri Etibar Heydərov açıq elan edərək gündəliyi elan edib.

 

Gündəlikdə iki məsələ dayanıb. Bu məsələlər  YAP Siyəzən rayon təşkilatının Gənclər Birliyi sədrinin hesabat məruzəsinin dinlənilməsi və YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin sədrinin seçilməsi olub.

Etibar Heydərov bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

"Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”.

 

E.Heydərov Prezident İlham Əliyevin gənclər siyasəti sahəsində gördüyü işlərdən də danışıb:

 

“Cənab Prezidentimiz İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, həmçinin, gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Bu gün gənclərimiz üçün hər bir şərait yaradılmışdır. Onlar dövlət tərəfindən diqqət və qayğı ilə tam əhatə olunmuşdur. Məhz bunun nəticəsidir ki, ölkəsini, dövlətini sevən, onunla fəxr edən gənc bir nəsil yetişməkdədir”.

 

Ölkəmizdə gənclərlə bağlı qəbul edilən müxtəlif dövlət proqramlarının əhəmiyyətindən söz açan E.Heydərov rayonda həyata keçirilən tədbirlər haqqında məlumat verərək, rayon gənclərinin quruculuq prosesində fəal iştirak etdiyini diqqətə çatdırıb.

Konfransda hesabat məruzəsi ilə çıxış edən Gənclər Birliyinin sədri Rəşad Rəhmanov ötən müddət ərzində gənclərin fəallığından, rayonun ictimai-siyasi həyatında yaxından iştirakından, dövlətə, dövlətçiliyə, ölkə başçısının həyata keçirdiyi siyasətə dəstək olmasından bəhs edib.

 

R.Rəhmanov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının fəal üzvü  Elvin Kərimov çıxış edib.O qeyd edib ki, gənclərimiz geniş şəkildə həm onların özləri ilə bağlı olan məsələləri, həm ictimai-siyasi, həm elmi, həm təhlili, həm də digər istiqamətlərlə bağlı məsələləri geniş şəkildə təhlil edirlər.

"Məhz bu amil deməyə əsas yaradır ki, bizim gənclərimiz çox fəaldırlar. Onlara çox böyük ümidlər var, onlar öz təhsillərini, fəaliyyətlərini müstəqil Azərbaycanda qurublar. Ona görə də bu gəncləri çaşdırmaq, azdırmaq, yoldan çıxarmaq mümkün deyil. Onlar yaxşı bilirlər ki, ölkəmizin müstəqillik qazanması, inkişaf etməsi üçün hansı addımlar atılıb. Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Onun Azərbaycanı inkişaf etdirərək çiçəkləndirməsi, sonrakı dövrdə cənab Prezident İlham Əliyevin bu mütərəqqi siyasəti uğurla davam etdirməsi, xüsusilə, gənclər siyasətini əsas vəzifə kimi inkişaf etdirməsi, təhsil müəssisələrinin, gənclər evlərinin istifadəyə verilməsi, müasir İKT-nın tərəqqisi və burada gənclərin rolu bütünlüklə deməyə əsas verir ki, gənclərimiz bu faktorları dərk edir, düzgün yol seçərək, Yeni Azərbaycan Partiyasının ətrafında daha da sıx birləşirlər".

 

Daha sonra konfransda təşkilati məsələlərə  baxılaraq YAP Siyəzən rayon təşkilatı Gənclər Birliyinin 15 nəfərdən ibarət şuranın yeni tərkibi, eləcə də 9 nəfərdən ibarət idarə heyətinin yeni tərkibi müəyyənləşib. Elvin Qorxmaz oğlu Kərimov Gənclər Birliyinin sədri seçilib. Həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr müəyyənləşdirilib.

 

Sonda Siyəzən rayon İcra hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək, Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də təhsil, səhiyyə və idman həyatında gənclərin uğurlarından danışdı. O gəncləri ölkəmizin ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb, onlara uğurlar arzulayıb. Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gənclər siyasəti həyata keçirilir. “Bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs dayanır. Ölkəmizdə aparılan gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir. Ulu Öndər hər zaman gənc nəslə qayğı göstərir, gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, onların hərtərəfli inkişafını təmin edib. Ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev gənclərlə işə dövlətin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət ayırır”. İcra başçısı qeyd edib ki, bu gün Azərbaycanın inkişafı Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti ilə reallaşır. Ölkədə qazanılan hər bir uğur və nailiyyətin arxasında xalq-iqtidar birliyi dayanır. “Bu gün siz gənclər birmənalı şəkildə bilməlisiniz ki, dövlətin siyasəti gənclərin gələcəyinə, sağlam fərd kimi yetişməyinizə, əsl vətəndaş və şəxsiyyət kimi formalaşmağınıza hesablanıb”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı