Mübariz Azərbaycanlı,
müstəqil jurnalist
Qarabağ məsələsi ilə bağlı hər yerindən duran Azərbaycana "möizə" oxuduğu halda, bu "bayquşların" səsini kəsməyə nədənsə heç kim cürət və ürəkdən cəhd etmir.
Bütün dünya bilir ki, hayların ən yaxşı bacardıqları "oyun" - araqarışdırmaq, başqalarını şərləmək və qatığa qara deyib hamını inandırmaqdır. Erməni cinsindən olan "Arsenal" klubunun və hay "komandasının müdafiəçisi" Mxitaryanın heç bir səbəb olmadan - Azərbaycanın və UEFA-nın təhlükəsizliklə bağlı ən yüksək səviyyədə təminat verməsinə baxmayaraq "üşənib" Bakıya gələ bilməməsi də, erməni hiyləsindən başqa bir şey deyildi. Əslində onlar yaxşı bilirdilər ki, bu "oyunçu" Bakıya gəlsəydi ona heç kim "ayağı altda Azərbaycan torpağı var" deyən olmayacaqdı. Sadəcə erməni siyasi texnoloqları bu "müdafiəçidən" ümumerməni "oyununda" müdafiəçi kimi yox, məhz hücumçu kimi istifadə etməyi qərara aldılar. Onlar bununla güman etdilər ki, Azərbaycanı irqçilikdə Avropanın gözündən salacaqlar. Amma onların bu "oyunu" alınmadı. Əksinə, "Çelsi" "Arsenal"ı möhtəşəm Bakı stadionunda 4-1 hesabı ilə "çiləməklə", avropalılara yaxşı tanış olan əfsanəvi futbol hakimi Tofiq Bəhramovun vətənində idmanın siyasətdən uzaq olduğunu göstərdi.
Hayların bu məkrli oyununun acığına "Çelsi"yə azarkeşlik edən və bu komandanın qələbəsinə sevinən azərbaycanlıların sevinci təəssüf ki, heç bir sutka çəkmədi. Yəni, Mxitaryanın könlünü alan erməni "paşası" mayın 30-da səhər saatlarında Ağdam istiqamətindəki təmas xəttində Azərbaycan Ordusunun 36 yaşlı mayoru Aqil Akif oğlu Omarovu snayperlə vurdurdu. Özü də bu, ATƏT-in "3 muşketyorunun" Azərbaycanda səfərdə olduğu bir vaxtda baş verdi.
Bununlada, ermənilər Azərbaycandan fərqli olaraq heç bir "cəbhədə" müdafiəçi qismində deyil, məhz hücumda olduqlarını sübut etdilər. İndi maraqlıdır, görəsən dünya mediası ermənilərin "bu oyunundan" yazacaqlarmı? Təbii ki, xeyr! Çünki ermənilərə aid olan bütün "oyunların" hakimləri elə onlara bu oyunbazlıqları öyrədənlərdir.
Maraqlıdır bu dünyada hara baxırsan ordan erməni müdafiəçisi çıxır. Sanki bütün dünya "mxitaryan"laşıb və onların müdafiəsində dayanıb.
Baxın, bu günlərdə Ermənistanın İctimai televiziyasına müsahibə verən rusiyalı məşhur jurnalist və teleaparıcı Vladimir Pozner Ermənistana səfər etdiyi vaxt Dağlıq Qarabağa getməyə imkan tapmadığına görə təəssüf hissi keçirdiyini qeyd edib. Bu azmış kimi, o, "Cənab azərbaycanlılar da bilsin ki, mənim qəlbim bu tərəfdədir, o tərəfdə deyil... Məni qara siyahıya salacaqlar, nə olsun? Düşünürəm ki, bundan sonra gecələr sakit yatmaqda davam edəcəyəm" - deyib. İndi bu cənab Poznerə deyə lazımdır ki, ABŞ-da Rusiyaya qayıtdıqdan sonra bəs hanı sənin bar-bar bağırdığın Beynəlxalq aləmdə tanınan jurnalist etikanın təməl prinsipləri? Sən işğalçılara belə yanaşmaqla jurnalist etikasının təməl prinsiplərini - obyektivliyi, vicdanlılığı, qərəzsizliyi kəlləmayallaq etmirsənmi? Yoxsa sənin qəlbin kompasdır harda məqsəd və şəxsi maraq görür o tərəfə tuşlanır? O ki qaldı "qara siyahıya", burda çox haqlısınız. Çünki Bakının "qara siyahısı" ağızucu bir "üzrlə" o dəqiqə "ağarır" və bu, hər yerindən durana Azərbaycan ərazisini ağına-bozuna baxmadan qanunsuz pozanlar üçün münbit şərait yaradır.
Digər rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyovun Twitter səhifəsində öz abunəçisinin, Azərbaycanın işğal edilmiş ərazilərinə baş çəkdiyinə görə üzr istəyib-istəməməsi ilə bağlı sualına cavabında - "Mən nə üçün üzr istəməliyəm? Üzr istəməyə hazırlaşmıram. Dəfələrlə baş çəkmişəm. Və öz mövqeyimi dəyişdirməyə hazırlaşmıram" deməsi də, Azərbaycan tərəfinin "qara siyahısına" heç kimin "vız" atmadığının nəticəsidir.
Diqqət edin, bundan əlavə, "Vladimir Solovyovla axşam" siyasi tok-şousunda çıxış edən erməni əsilli hərbi-siyasi ekspert Semyon Baqdasarov bir müddət öncə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edən Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyasından olan deputatı Dmitri Savelyevi məhv etməyə çağırmışdı. Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovskiyə müraciət edən S. Baqdasarov D. Savelyevi partiyadan qovmağa çağıraraq - "Necə olur ki, sizin deputat münaqişə bölgəsinə gedir, ağzına gələni danışır. Məhv edin onu, qovun onu. O, satqındır. Rusiya Federasiyasının düşmənidir. Mən ümid edirəm ki, Vladimir Volfoviç bu məsələni həll edəcək" demişdi. V.Jirinovski isə cavabında Baqdasaryanın dedikləri ilə razılaşmışdı. Verilişin aparıcısı, Ermənistanın fəxri vətəndaşı Solovyov isə öz növbəsində erməni ekspertə dəstək nümayiş etdirmişdi. Halbuki deputat Savelyev Ermənistanın deyil, Azərbaycanın Rusiyanın müttəfiqi olduğunu bəyan edib və Qarabağın Azərbaycana qaytarılmasının yeganə düzgün qərar olduğunu söyləmişdi.
Bu günlərdə isə rusiyalı səyyah və blogger Vitali Kuznetsov Azərbaycanın işğal altındakı Xocavənd rayonu ərazisinə qanunsuz gedərək, oradakı qədim Azıx mağarasından şəkillər paylaşıb. Onun ardınca yenə bir rusiyalı jurnalist - "Komsomolskaya Pravda" qəzetinin əməkdaşı Aleksandr Qrişin işğal altındakı Xankəndi və Şuşa ilə bərabər, təmas xəttinə yaxın ərazilərə də gedib və o, bu gedişini yalançı "Bişkek protokolu"nun imzalanmasının 25-ci ildönümü ilə bağlı həyata keçirdiyini qeyd edib. Hərçənd, belə bir protokolun hüquqi əsası olmadığını hamı yaxşı bilir.
Ermənilərin bütün "oyunularının" ən möhtəşəm "stadionu" Kilsədir. Bu günlərdə Yaxın Şərqdə yaşayan ermənilərin katolikosu I Aram Dağlıq Qarabağın Ermənistana birləşdirməyə çağırması buna açıq sübutdur. O, Livanın Antilyas kilsəsində Ermənistan respublikasının 101-ci il dönümü ilə bağlı möizəsində Qarabağ məsələsində istənilən güzəştin Ermənistanın müstəqilliyi baxımından yolverilməz olduğunu, bütöv və birləşmiş Ermənistan ideyasının gerçəkəşdirilməsi Qarabağın Ermənistana birləşdirilməsi ilə başlayacağını dilə gətirməklə, əslində kotolikos görünür hələ qarşıda Azərbaycanın çox görməli günləri olduğunu diqqətə çatdırır.
Bu vurhavurda Şuşada "fars abidəsi" və ya "erməni torpaqlarında İran mədəniyyətinin abidəsi" kimi təqdim edilən Gövhər Ağa məscidində aparılan "bərpa" işlərinin tamamlanmaqda olması isə, istənilən azərbaycanlının könlünü "sökərək", lap imanını-dinini yandırır. Amma güya erməni fondu "İKOMOS-Ermənistan" və "IKOMOS-İran" təşkilatlarının dəstəyi ilə həyata keçirilən və memar Səid Nahavandinin başçılığı altında iranlı mütəxəsislərin ermənilərlə birgə apardığı bu "bərpadan" Azərbaycana dindaş ölkə olan İranın xəbəri yoxdur.
Qəribə hallar baş verir; maraqlı burasıdır ki, Qarabağ məsələsi ilə bağlı hər yerindən duran Azərbaycana möizə oxuduğu halda, bu "bayquşların" səsini kəsməyə nədənsə heç kim cürət və ürəkdən cəhd etmir. Hətta evin içində - Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Milli Məclisdə keçirilən "Azərbaycan Avropa məkanında" adlı konfransda çıxış edərkən - "Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz" sözünə belə tutarlı cavab verən tapılmır.
Haylar həmişə və bütün sahələr üzrə - diplomatiyada, informasiya müharibəsində, lobbiçilikdə, təmas xəttində və s. hücumdadırlar. Məgər bir qədər əvvəl erməni generalı Astvatsatur Petrosyan Azərbaycanqa qarşı yeni təhdidlə çıxış edərək - "Əgər Azərbaycan anlaşmanı pozsa, yeni sülh sazişini imzalamasa, biz irəliləməyə məcbur qalacayıq. Hər sərhəddə, hər bir daş və yarpaqda bizim qanımız, dodaqlarımızın opücüklərinin izləri var. Öpdüyümüz torpaqları kirlətmələrinə imkan verməyəcəyik. Bir daha irəliləməyə cəhd etsələr, mütləq torpaq itirəcəklər" deyə, Azərbaycan ordusuna "vur-vurum" demirmi?
Nə isə, artıq Azərbaycan Qarabağ məsələsində sülh yolu və özünü dünyaya tanıtmaq kimi gedişlərə son qoymalıdır. Artıq müdafiə zamanı deyil. Ən yaxşı müdafiə bu, elə hücumdur. Çünki istər ermənilər özü, istərsə də onların satın aldıqları lobbiləri vargücləri ilə Azərbaycana qarşı açıq hücumdadırlar. Bu hücumları isə təkcə informasiya müharibəsində vuruşan jurmalistlərin və digər yazarların müdafiə xarakterli yazıları ilə dəf etmək mümkün deyil. Artıq bıcaq sümüyə dirənib, ermənilər sözlə, sazla heç nə anlamaq istəmirlər. Burada yeganə son və qəti sözü Azərbaycan ordusu deməlidir!