Klub Kloppla bağlanmış yeni müqaviləni ləğv edib. Alman mütəxəssislə onun istədiyi şərtlər altında yeni müqavilə isə yaxın günlərdə imzalanacaq.
Modern.az xəbər verir ki Klopp cari mövsümdə “Liverpul” ilə İngiltərə Premyer Liqasında 1 xal fərqi ilə çempionluğu əldən qaçırıb. Buna baxmayaraq klub “Çempionlar Liqası”nda finala yüksəlib.
“Liverpul” finalda məğlub olsa belə, alman məşqçi klubun Premyer Liqada və Avrokuboklarda ciddi və möhtəşəm irəliləyişini gözləyir.
Qeyd edək ki, “Tottenham – Liverpul” arasındakı final görüşü Madriddə keçiriləcək. Oyun sabah saat 23:00-da başlayacaq.