"Hazırda qiyabi (gecə) məktəblərə şagird qəbulu yoxdur".
Modern.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəye deyib.
O bildirib ki, 2 il bundan əvvəlki statistikalara görə 700-ə qədər şagird qiyabi məktəblərdə təhsilini davam etdirirdi.
"Əvvəl icbari təhsil 11 illik idi, hazırda isə 9-cu sinifdən sonra icbari təhsil bitir. 9-dan sonra oxumaq istəyənlər qiyabi məktəblərə qatılırdı. Hazırda isə buna ehtiyac yoxdu" .
Sektor müdiri bildirib ki, qiyabi məktəblər 12-ci sinfə qədər davam edir. "Bu məktəblərə qəbul ötən ildən dayandırılıb".