Modern.az

Qazla işləyən avtomobildə partlayış: 7 yaralı

Qazla işləyən avtomobildə partlayış: 7 yaralı

Aktual

3 İyun 2019, 20:02

Dağıstanın Çaroda rayonunda avtomobildə qaz partlayışı baş verib.

Modern.az xəbər verir ki, hadisə nəticəsində 7 nəfər xəsarət alıb.

Xəsarət alanlar arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti ağır olaraq dəyərləndirilir.

Zərər çəkənlər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!