Modern.az

Kəlbəcər köçkünləri İnam Kərimovdan imdad gözləyir

Kəlbəcər köçkünləri İnam Kərimovdan imdad gözləyir

Aktual

7 İyun 2019, 15:50

Mingəçevir ətrafı sahələrdə əkinçiliklə məşğul olan Kəlbəcər köçkünləri olan Natiq və Taryel İbrahimov qardaşları kənd təsərrüfatı naziri İnam Kərimova müraciət edib.

Modern.az xəbər verir ki, həyəcan təbili çalan köçkün qardaşları 70 hektar sahədə günəbaxan əkdiklərini, ancaq sahələrinin çəyirtkə sürüsünə məruz qaldığını deyiblər.
Onların sözlərinə görə, nazirlik təcili tədbir görməsə, 50 min manata yaxın xərcləri batacaq:

“Biz hörmətli nazirimizdən təcili kömək istəyirik. Banklardan kredit götürüb, bu işə girmişik. Ancaq sahəmiz məhv olur”.

“Təcili müdaxilə lazımdır” deyən köçkün qardaşları nazirliyin  emailinə və telefonları vasitəsilə əlaqə yaratmaq imkanlarının olmadığını deyiblər: “Nazirliyin “qaynar xətti” və e-mailinə olan müraciətlər nəticə vermir. Odur ki, media vasitəsilə bu müraciəti edirik”.

Köçkün qardaşları saytımız vasitəsilə nazirliyin onlarla əlaqə saxlaması üçün telefon nömrələrini də təqdim ediblər:

050-406-37-83
055-452-32-41

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı