Modern.az

"Azərxalça”nın Goranboy filialında tamamlama işləri aparılır  

Aktual

7 İyun 2019, 16:44

Şəhərinin mərkəzində "Azərxalça” ASC tərəfindən tikilən Xalça müəssisəsində son tamamlama işləri aparılır.

 

Modern.az xəbər verir ki, gündən-günə işçi sayını artıran müəssisədə onların rahat şəkildə çalışmaları üçün hər cür şərait yaradılıb.


Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və "Azərxalça” ASC İdarə Heyyətinin sədri Vidadi Muradov 07 iyun 2019-cu il tarixdə aparılan işlərlə   tanış olmaq üçün müəssisədə oldular.


Hazırda fabrikdə 135-dən çox xalçaçı çalışır.


Xalçaçılar belə bir istehsalat müəssisəsinin yaradılmasına, yeni iş yerlərinin açılması və əhalinin işlə təmin olunmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını bildirdilər.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı