Modern.az

“Türkmənistan təbii qazın Avropaya çatdırılmasında maraqlıdır” - Nazir

“Türkmənistan təbii qazın Avropaya çatdırılmasında maraqlıdır” - Nazir

Aktual

7 İyun 2019, 20:19

“Gürcüstan Transxəzər qaz kəməri, TANAP və TAP layihələrinin inkişaf etdirilməsi ilə bağlı Azərbaycanla birgə əhəmiyyətli işlər həyata keçirir”.

 

Modern.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat naziri Natia Turnavaparlamentin İqtisadi siyasət komitəsində dinləmələr zamanı bildirib.

 

Nazir deyib ki, diversifikasiya və digər təbii qaz mənbələri ilə bağlı da işlər həyata keçirilir: “Söhbət Türkmənistan qazından gedir. Türkmənistan təbii qazın Avropa ölkələrinə çatdırılmasında maraqlıdır. Buna görə də biz bölgədə həyata keçirilən təbii qaz layihələrinin inkişaf etdirilməsi istiqamətində vacib addımlar atırıq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı