Bakıda tapança ilə qətl törədərək hadisə yerindən qaçmaq istəyən Cəlalov Taleh İbrahim oğlu və Hüseynov Səxavət Oruc oğlunun idarəetməsində olan 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobil Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
Modern.az APA-ya istinadən xəbər verir ki, müfəttişlər Murad Əzizli, Ramin Əsgərov və Mehdi Hacıyev Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Mərdan Əliyevin göstərişi əsasında yolda süni tıxac yaradaraq silahlı şəxslərin idarəetməsində olan avtomobilin qarşısını kəsiblər.
Qeyd edək ki, qətlə yetirilən Budaqlı Mübariz Mürsəl oğlundan başqa "Mercedes" markalı avtomobildə bir nəfər sərnişin də olub. Ancaq o, hadisədən sonra düşərək qaçıb.
Hazırda fakt üzrə rayon Prokurorluğunda araşdırma aparılır.
***
Bakının Binəqədi rayonunda odlu silahla qətl törətməkdə şübhəli bilinən digər şəxsin adı da məlum olub.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu, Cəlalov Taleh İbrahim oğludur.
O, Hüseynov Səxavət Oruc oğlu ilə birgə kriminal avtoritet olduğu deyilən Budaqlı Mübariz Mürsəl oğlunu öldürməkdə şübhəli bilinir. Həmin şəxslər 10-GD-021 qeydiyyat nişanlı “BMW X5” markalı avtomobillə hadisə yerindən qaçan zaman ərazidə xidmət aparan Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin 246 saylı YPX avtomobilinin müfəttişləri tərəfindən saxlanılıb.
***
Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb.
Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.