Modern.az

Dubayda ölən 17 əcnəbinin kimliyi məlum oldu

Dubayda ölən 17 əcnəbinin kimliyi məlum oldu

Aktual

8 İyun 2019, 09:13

Omanın "Mwasalat" nəqliyyat şirkəti ötən gün Dubayda avtobus qəzası nəticəsində ölənlərin əksəriyyətinin vətəndaşlıqlarını açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, qəza nəticəsində 11 Hindistan, 2 Pakistan, 1 İrlandiya və 1 Oman vətəndaşı həlak olub.

Bildirilir ki, daha 2 nəfərin kimliyi müəyyən edilməyib. Avtobusun sərnişinləri arasında həmçinin Almaniya və Banqladeş vətəndaşlarının da olduğu qeyd edilir.

 

Qeyd edək ki, ümumilikdə qəza nəticəsində 17 nəfər həlak olub, onlardan 15-i hadisə yerində, 2-si isə daha sonra xəstəxanada dünyalarını dəyişiblər.

Hazırda xəstəxanalarda 6 yaralı var, onlardan birinin vəziyyəti ağırdır.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı