Modern.az

Qusarda avtomobil aşdı - 3 nəfər yaralandı

Qusarda avtomobil aşdı - 3 nəfər yaralandı

Aktual

8 İyun 2019, 10:43

Quba-Qusar yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, qəza ötən axşam saat 21:00 radələrində qeydə alınıb. Quba-Qusar yolu ilə hərəkət olan "KİA" markalı avtomobil sürət həddini aşdığından idarəetməni itirərək aşıb və yol kənarındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

 

Onlardan biri Qusar rayon Zimdanmuruq sakini 1994-cü il təvəllüdlü Ələkbərov Nurlan İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına, digər iki nəfər 1990-cı il təvəllüdlü Babayev Cəmil və 1994-cü il təvəllüdlü Pənahov Səfa Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hər iki şəxs kəllə beyin travması, bud sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı