Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhər 2 saylı tam orta məktəblə yaxından tanış oldu.
İyunun 8-də Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev şəhər 2 saylı tam orta məktəblə yaxından tanış oldu.
İcra başçısı qeyd etdi ki, ölkəmizdə, eləcə də Goranboy rayonunda təhsilə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Təhsil müəssisələrində tədrisin, təlim-tərbiyənin keyfiyyətinin yaxşılaşdırılması, onun maddi-texniki bazanın möhkəmləndirilməsi, hər zaman diqqət mərkəzində saxlanılır.
Məhərrəm Quliyev şəhərimizdə aparılan abadlıq və quruculuq işlərinin ümumi ahənginə uyğun olaraq məktəbin ərazisinin abadlaşdırılması və yaşıllaşdırılması işlərinin həyata keçirilməsi barədə öz tapşırıq və tövsiyələrini verdi.