Modern.az

Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Azərbaycan-Macarıstan oyununa 7500 bilet satılıb

Aktual

8 İyun 2019, 12:47

Avro-2020-nin seçmə mərhələsinin E qrupunda "Bakcell Arena"da keçiriləcək Azərbaycan-Macarıstan matçına bilet satışı davam edir.

 

Bu barədə Modern.az açıqlamasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib.

 

Onun sözlərinə görə, oyun üçün satışa çıxarılan biletlərdən artıq 7 min 500-ü satılıb: "Hazırda bilet satışı davam etdirilir. Oyunla bağlı stadionda təşkilatçılıq və təhlükəsizlik tədbirləri yüksək səviyyədədir".

 

Qeyd edək ki, Azərbaycan-Macarıstan matçı bu gün saat 20:00-da başlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı