Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi başlayıb.
Modern.az xəbər verir ki, 7-9 iyun tarixində davam edəcək konqresə dünyanın müxtəlif ölkələrindən ürək-damar cərrahları və kardioloqlar dəvət edilib.
2009-cu ildən keçirilən, artıq ənənəyə çevrilmiş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinində yerli və xarici mütəxəssislərin iştirakı ilə kardiologiya və kardiocərrahiyyənin müasir problemlərinin müzakirəsi gözlənilir.