Modern.az

Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Ağcabədidə oğlu tərəfindən güllələnən kişi xəstəxanada öldü

Aktual

8 İyun 2019, 17:47

Ağcabədi rayonunda başından güllələnən şəxs xəstəxanada ölüb.

 

Modern.az-ın məlumatına görə, Ağcabədi rayonunda güllələnən, 1965-ci il təvəllüdlü Tağıyev Mirələm Zalış oğlu Ağcabədi rayon Mərkəzi Xəstəxanasına gətirilsə də, sonradan Bakıya, Mirqasımov adına Respublika Kliniki xəstəxanasına köçürülüb.

Yaralı aldığı xəsarətlərdən xəstəxanada keçinib.

 

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.

Xatırladaq ki, M.Tağıyev bir neçə gün əvvəl Ağcabədi rayonunda oğlu tərəfindən güllələnib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...