Modern.az

Güclü dolu Gürcüstanda problem yaratdı

Güclü dolu Gürcüstanda problem yaratdı

Aktual

8 İyun 2019, 23:52

Tiflis şəhərində gündüz saatlarında havanın hərarəti 25-27 dərəcə olsa da, axşam saat 10 radələrində güclü küləklə müşayiət olunan leysan və dolu başlayıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, təbii hadisə nəticəsində paytaxtın bir sıra mərkəzi küçələrini su basıb, avtomobillərin hərəkətində problem yaranıb.

 

Analoji hadisə ölkənin rayonlarında da baş verib. Qoridə yağan dolunun təsərrüfat sahələrinə zərər verdiyi bildirilir.

 

Əlverişsiz hava şəraiti hazırda davam edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı