Modern.az

Bakıda keçiriləcək mötəbər yarışın ulduz səfirləri təqdim olundu

Bakıda keçiriləcək mötəbər yarışın ulduz səfirləri təqdim olundu

Aktual

9 İyun 2019, 13:54

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının ulduz səfirləri ictimaiyyətə təqdim olunub.

 

Modern.az xəbər verir ki, ulduz səfirlər xeyriyyəçi və televiziya aparıcısı Hacı Nuran, məşhur muğam ifaçıları - Mirələm Mirələmov və Kamilə Nəbiyeva, eləcə də istedadlı müğənni Tofiq Hacıyev və “O səs Türkiyə” yarışmasının finalisti Leyla Rəhimovadır.

 

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-27-də Bakıda keçiriləcək. Yarışlarda iştirak etmək üçün Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə heyət üzvləri gələcək. Atletlər idmanın 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar.

 

Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı