Kürdəmir şəhər 3 saylı tam orta məktəbi “Etwinning” layihəsinə qoşulub.
Modern.az xəbər verir ki, layihənin əsas məqsədi pedaqoji işçilər arasında ünsiyyəti artırmaq, əməkdaşlıq imkanları yaratmaq, digər ölkələrdən olan həmkarlar ilə birgə təhsilin inkişafı yönümündə müxtəlif layihələrin icrası üçün şərait yaratmaqdır.
Layihə çərçivəsində olan projelərdən biri də 10 fevral 2019-cu il tarixində fəaliyyətə başlayan “Kitabım yanımda”dır.Artıq bitmək üzrə olan layihənin rəhbəri Türkiyədə Hoca Ahmet Yesevi Ortaokulunun müəllimi Ümməhan Gül Karakuzudur. Projenin məqsədi şagirdlərə fərqli məkanlarda kitab oxumağın daha zövqlü olacağını göstərmək, kitab oxumağı zövqlü hala gətirərək alışqanlıq yaratmaq, oxunan kitabları bir-birləri arasında paylaşmaq və müxtəlif müzakirələr etməyə alışdırmaq, oxumağın hər sahədə xoşbəxtliyini yaşatmaq və bunu daimi hala gətirməkdir. 87 müəllimin üzv olduğu bu gözəl və olduqca coşğulu projeyə mən də Azərbayvan müəllimi olaraq qoşulmuşam. Bu projedə olmaq mənim üçün həm sevinc, həm də bir fəxrdir. Şagirdlərim böyük həvəslə çalışırlar. Layihə boyunca şagirdlərim həm digər bölgələrin, həm də Türkiyə məktəblərinin müəllim və şagirdləri ilə canlı bağlantılarda iştirak edərək təcrübə və fikir mübadiləsi aparmış, biliklər əldə etmişlər. Bu isə təhsilalanların dil bacarıqlarının təkmilləşdirilməsi, hər yaş səviyyəsində olan insanlarla ünsiyyət qurma bacarıqlarının inkişaf etdirilməsində böyük rol oynayır.
Layihəmiz çərçivəsində Türkiyədə 7 iyun 2016- cı il tarixində şəhid olan polis məmuru Emrah Pekdoğanın əziz xatirəsinə Kırıkkale Mərkəz Fatih Ortaokulunda “Yaşayan şehit” kitabxanası açdıq. Bu kitabxanaya mən də Azərbaycanımız adından sevgi və hörmətlə bir neçə kitab hədiyyə edərək poçt vasitəsilə yola saldım. Belə bir kitabxanada bizim dünyaca məşhur şair və yazıçılarımızın kitablarının da yer alması qürurvericidir.
Layihə daxilində keçirilən “Kitab qurdu" adlı müsabiqədə bir ay ərzində kimin daha çox kitab oxuduğu müəyyənləşdirilərək qalib elan olundu. Beləcə şagirdlərin daha açıqfikirli olmasına və daha çox insanla dostluq əlaqələri qura bilmələrinə, qarşılaşdıqları çətinliklərə daha yaxşı qalib gəlmələrinə şərait yaratmış oluruq. Fərqli müəlliflərin kitablarını oxuduğumuz zaman fərqli yazı stilləri görürük. Nə qədər çox şey oxusaq, yazı yazma mövzusunda o qədər çox şey öyrənirik. Bu da yazı yazma qabiliyyətimizi gücləndirir. Elə bunun nəticəsidir ki, kitaba sevgi mövzusunda şagirdlər şeir yazmaq bacarıqlarını nümayiş etdirdilər. Gözəl şeir yazan qalib olaraq mükafatlandırıldı. Həmin şeirlər kitab halında yığılaraq bir yerə cəmləşdirildi. Həmçinin şagirdlər müxtəlif forma və bəzəklərlə kitab əlfəcimləri düzəltdilər. Bu layihənin həm biz müəllimlərə, həm də şagirdlərə qatdığı dəyər olduqca çoxdur. Hər şeydən əvvəl kitab oxumaq şagirdlərin daha yaxşı bir şəxsiyyət kimi formalaşmasını təmin edir.
Günəş Xudiyeva
Azərbaycan dili müəllimi