Modern.az

26 il əvvəl Heydər Əliyev Bakıya necə gəlmişdi - “Mir Şahinin vaxtı” - VİDEO

26 il əvvəl Heydər Əliyev Bakıya necə gəlmişdi - “Mir Şahinin vaxtı” - VİDEO

Aktual

9 İyun 2019, 21:23

“Bu gün iyun ayının 9-dur. Müstəqil dövlət tariximizin elə günüdür ki, onu hər bir azərbaycanlı öz ad günü kimi yadında saxlamalıdır”.

Modern.az xəbər verir ki, bu fikirləri Real TV-nin efirində yayımlanan “Mir Şahinin vaxtı”  verilişində müəllif səsləndirib. Mir Şahin Ağayev  bildirib ki, 26 il əvvəl, məhz bu gün Heydər Əliyev xalqın tələbi və Elçibəyin dəvətilə Naxçıvandan Bakıya gəldi.

“O zaman Binə hava limanı kimi tanıdığımız aeroportda, o qələbəlikdə “hanı o xəbər servis” deyə məni axtaran gur səsi, adamların məni itələyə-itələyə irəli heç özüm də bilmirəm hansı sürətlə aparması da, Bakıya gəlişinin necə baş tutması barədə verdiyim suala “Mən bura Əbülfəs Elçibəyin dəvətilə gəlmişəm, məni bura Əbülfəz Elçibəy dəvət edib” deyə cavab verməsi də indiki kimi yadımdadır.

“Mir Şahinin vaxtı”  verilişinin tam videolentini aşağıda təqdim edirik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı