Modern.az

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu

Portuqaliya UEFA Millətlər Liqasının ilk qalibi oldu

Aktual

10 İyun 2019, 00:39

UEFA-nın ilk dəfə təşkil etdiyi Millətlər Liqası turnirinə yekun vurulub.

Modern.az xəbər verir ki, iyunun 9-da  final görüşü keçirilib.

Finalda Portuqaliya millisi Hollandiya yığması ilə qarşılaşıb.

Görüş portuqaliyalıların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolun müəllifi 60-cı dəqiqədə Qoncalo Guedes olub.

 Beləliklə, Millətlər Liqasında ilk mövsümün kubokunu Portiqaliya millisi başı üzərinə qaldırıb.

3-cü yer uğrunda matçda  İngiltərə və İsveçrə üz-üzə gəlib. Matçın 120 dəqiqəsi ərzində qapılara qol vurulmayıb.

 Üçüncü yerin taleyi penaltilər seriyasında həll olunub. İngiltərə 6:5 hesabı ilə qalib gəlib.

 

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı