Modern.az

Bu gün TV və radiolar işləməyəcək - 9 saat  

Bu gün TV və radiolar işləməyəcək - 9 saat  

Aktual

10 İyun 2019, 08:10

Radio, Televiziya yayımı və Peyk Rabitəsi İstehsalat Birliyi tərəfindən 10 iyun tarixində saat 06:00-dan 15:00-dək növbəti kompleks profilaktika işləri aparılacaq.


Bu barədə Radio, Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyindən Modern.az-a verilən məlumatda bildirilib.


Rəsmi məlumata görə, bu müddət ərzində ölkə ərazisində radio və televiziya proqramlarının yerüstü yayımında fasilə olacaq.


Qeyd edək ki, kompleks profilaktika radio-televiziya proqramlarını istehsal edən şirkətlərlə öncədən razılaşdırılmış qrafik əsasında il ərzində bir neçə dəfə aparılır.
Qrafikə əsasən, növbəti kompleks profilaktika işlərinin 16 sentyabr tarixində aparılması nəzərdə tutulub.

Sizə yeni x var
Keçid et
Putindən Paşinyana tərs şapalaq - Hüquqları əlindən alındı!