Modern.az

Türkiyədə antiterror ƏMƏLİYYATI - 19 İŞİD-çi saxlanıldı

Türkiyədə antiterror ƏMƏLİYYATI - 19 İŞİD-çi saxlanıldı

Aktual

12 İyun 2019, 09:44

Adana, Mersin və Tekirdağda İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Trend-in məlumatına görə, əməliyyat nəticəsində terror təşkilatının 19 üzvünün saxlanıldığı bildirilir.

 

Məlumata görə, saxlanılanlar hamısı Türkiyə vətəndaşlarıdır. Onların Türkiyənin ayrı-ayrı hissələrində terror aktları planlaşdırdıqları məlum olub.

Antiterror əməliyyatı ilə bağlı başqa detallar açıqlanmayıb.

 

Daha öncə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bəyan etmişdi ki, son vaxtlar İŞİD terror təşkilatının Türkiyə ərazisində fəallaşdığı hiss olunur ki, bununla əlaqədar təhlükəsizlik tədbiləri gücləndirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...