Modern.az

AvroLiqada daha bir görüş - Bizimkilər sabah çıxış edəcək

AvroLiqada daha bir görüş - Bizimkilər sabah çıxış edəcək

Aktual

10 İyul 2019, 08:29

Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edəcək.

Modern.az xəbər verir ki, bu gün daha bir görüş keçiriləcək. Milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" Lüksemburqda "Jeness" klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə 19:55-də başlayacaq.

Qeyd edək ki, AL-də 1-ci mərhələyə dünən start verilib. Bu raundun digər oyunları sabah olacaq. Mübarizəyə bu mərhələdən başlayan təmsilçilərimiz "Neftçi" və "Səbail" də ilk matçlarını iyulun 11-də keçirəcəklər. "Ağ-qaralar" Moldovada "Sperantsa" ilə, "dənizçilər" isə Bakıda Rumıniyanın "Universitatya Krayova" klubu ilə üz-üzə gələcək. 


Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar


10 iyul


19:55. "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan)



9 iyul


“Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4

“Qzira” (Malta) – “Hayduk” (Split, Xorvatiya) - 0:2

MOİK (Sofiya, Bolqarıstan) – “Titoqrad” (Monteneqro) - 4:0

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı