Modern.az

 “Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub” - Səfir

 “Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub” - Səfir

Aktual

10 İyul 2019, 20:43

"Azərbaycan-Misir dostluğu möhkəm özül üzərində qurulub".

Modern.az  xəbər verir ki, bunu Misirin Azərbaycandakı səfiri Adel İbrahim ölkənin Milli günü münasibətilə Bakıda təşkil olunmuş rəsmi qəbulda deyib.

Ölkəsinin müstəqillik tarixindən söz açan səfir Misirlə Azərbaycan arasında dostluq əlaqələri mövcudluğunu diqqətə çatdırıb. O bundan sonra da ikitərəfli əlaqələrin inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qeyd edib ki, Azərbaycanla Misir arasında güclü dostluq əlaqələri mövcuddur və əlaqələrin potensialı çox böyükdür.

O, 2007-ci ildə prezident İlham Əliyevin Misirə səfərinin əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı