Modern.az

İtaliyada hava iki nəfərin ölümünə səbəb oldu

İtaliyada hava iki nəfərin ölümünə səbəb oldu

Aktual

28 İyul 2019, 17:04

İtaliyada əlverişsiz hava şəraiti səbəbindən iki nəfər ölüb.

Modern.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki,  ötən gəcə Foçene yaşayış məntəqəsində baş verən tornado nəticəsində 27-yaşlı qadın həlak olub.

Tornadoya görə çox sayda park edilmiş avtomobillərə xeyli ziyan dəyib, iki binanın dam örtükləri qismən qopub.

İyulun 27-də Alto Adidjee (Cənubi Tirol) dağlarında bir norveçli idmançı ildırım vuraraq ölüb. Həmin idmançı yürüşdə iştirak edirmiş.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!