Modern.az

Sayalı Sadıqova: “Azərbaycanda iki və daha artıq sözdən ibarət şəxs adları qadağandır”

Sayalı Sadıqova: “Azərbaycanda iki və daha artıq sözdən ibarət şəxs adları qadağandır”

Aktual

27 Sentyabr 2019, 16:35

“Əvvəllər eyni adın həm kişilərə, həm qadınlara verilə bilməsi qəribə qarşılanmırdı. Amma son dövrlərdə insanlar ad məsələsinə xüsusi diqqət yetirirlər”.

Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova söyləyib. O bildirib ki, indi Arzu, Məhəbbət kimi adlar oğlanlara deyil, daha çox qızlara verilir:

“İnsanlar övladlarına ad seçərkən, arzu və istəklərini həyata keçirirlər. Bu məsələdə onlar sərbəstdirlər. Sadəcə, bu istiqamətdə maarifləndirmə həyata keçirilir ki, onlar ad seçimini daha yaxşı reallaşdıra bilsinlər.

Terminologiya Komissiyasının nəzdində “Adlar və soyadlar” komissiyasi fəaliyyət göstərir. Həmin komissiya tərəfindən Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti hazırlanıb. Kitabda qadın və kişi adları ayrı-ayrı qruplaşdırılıb. Bir də ki, həm qadın, həm kişi adı kimi seçilən nümunələr var. Məsələn, Pərvin adı həm qızlara, həm oğlanlara qoyula bilər deyə, ortaq ad kimi dəyərləndirilib. Bəzi adlar da var ki, qızlara verilirsə, sinonimi oğlanlara məsləhət görülür. Nümunə olaraq, Qəmər adı qızlara verilir, onun sinonimi Hilal oğlan adları içərisinə əlavə edilib. Son vaxtlar kişi adlarının şəkilçi artırmaqla qadın adına çevrilməsi nümunələri azalır. Məsələn, Natiq-Natiqə, Samir-Samirə kimi versiyalara az rast gəlinir”.

S.Sadıqova iki və ya üç sözdən ibarət, ayrı yazılan adların qoyulmasına icazə verilmədiyini xatırladıb:

“Bizdə bitişik yazılan, mürəkkəb şəxs adlarına rast gəlinir. Amma ayrı-ayrı yazılan, iki və daha artıq sözdən ibarət adlar Azərbaycan dilinin ad sisteminə uyöun olmadığına görə qoyulmasına icazə yoxdur”. 

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada