Mərkəzi Seçki Komissiyası bu gün mandatına xitam verdiyi eks-deputat Rafael Cəbrayılovu “topa tutub”.
Modern.az xəbər verir ki, MSK katibi Mikayıl Rəhimov bildirib ki, Rafael Cəbrayılov mandatından imtina etmək istəyirdisə, o, birinci növbədə Mərkəzi Seçki Komissiyasına müraciət ünvanlamalıydı:
“Milli Məclisə müraciət edərək, onların mərhəmətinə sığınmaq istəyib. Onun mandat daşımağa haqqı yoxdur".
MSK üzvü Hüseyn Paşayev bildirib ki, R. Cəbrayılov deputat vəsiqəsini girov qoymaqla minlərlə seçicinin etimadını tapdalayıb: "Bunu əxlaqazidd və mənəviyyatsız addım kimi dəyərləndiririk".