Modern.az

Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmadı

Azərbaycan milli komandasının üzvü Fransaya buraxılmadı

Aktual

8 Oktyabr 2019, 23:27

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Tural Bayramlı Parishava limanında sərhəd xidmətinin əməkdaşları tərəfindən Fransaya buraxılmayıb.

AFFA-dan  Modern.az-a verilən məlumata görə, U-21-in heyətində Fransaya yollanan T.Bayramlı sabah - oktyabrın 9-da AFFA-nın köməkliyi ilə Azərbaycana geri göndəriləcək.

Futbolçunun Fransa ərazisinə buraxılmamasının səbəbi barədə müvafiq orqanlar məlumat verməyib.

AFFA və Fransa Futbol Federasiyası tərəfindən bununla bağlı araşdırma aparılır.

Xatırladaq ki, Tural Bayramlı ötən mövsüm Latviyada, "Dauqavpils" klubunda çıxış edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı