Modern.az

Latviyalı qonaqlar Goranboyda Azərbaycan xalçaları ilə tanış oldu

Latviyalı qonaqlar Goranboyda Azərbaycan xalçaları ilə tanış oldu

Aktual

9 Oktyabr 2019, 11:42

Latviya Respublikasının Valka şəhərinin Merinin rəhbərlik etdiyi nümayəndə heyətinin   “Goranboy və Valka –qardaşlaşmış şəhərlər” missiyası ilə, 7 oktyabrda başlayan Goranboy səfəri növbəti gün də, zəngin proqram ilə müşayət olundu.

 

Qonaqlar “Azərxalça” ASC-nin Goranboy filialında, “Evalar” tekstldə, “Azərpambıq” ASC-nin Goranboy məntəqəsində, Goranboy “Region-Aqro”da, Qızılhacılı qəsəbəsi ərazisində  fəaliyyət göstərən müasir İstilikxana kompleksində və “G-GROUP” MMC-də olmuş, müəssisələrin fəaliyyəti və istehsal imkanları ilə  yaxından tanış olublar.

 

Daha sonra  rayonun Yuxarı Ağcakənd qəsəbəsində olan qonaqlara Goranboyun əsrarəngiz təbiət və turizm imkanları göstərilmiş, xalq incəsənətimizin və milli mətbəximizin dəyərli nümunələri nümayiş etdirilib.

 

“Goranboy və Valka – qardaşlaşmış şəhərlər” missiyası çox zəngin olmuş və qonaqlarımızın səfəri 9 oktyabrda uğurla başa çatıb. 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı