Modern.az

Jurnalist KXCP-yə üzv oldu

Jurnalist KXCP-yə üzv oldu

Aktual

9 Oktyabr 2019, 16:33

Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti  yığıncağı keçirilib.
Partiyanın mətbuat xidməti Modern.az-a bildirib ki, yığıncaqda qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş,  müvafiq qərarlar qəbul edilib.

İdarə Heyətinin yığıncağında,  “P.S.Nota” qəzetinin  təsisçisi və baş redaktoru Sərdar Əlibəyli KXCP sıralarına qəbul edilib.


İdarə Heyətinin yığıncağında Müstəqillik Gününün bərpasının ildönümü münasibəti ilə tədbir keçirmək məsələsi müzakirə edilib.


Yığıncaqda həmçinin  təşkilat daxili məsələlərin müzakirəsi davam etdirilib.

Sizə yeni x var
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!