Mərkəzi icra hakimiyyəti orqanları, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov 18 oktyabr 2019-cu il tarixində Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edəcək.
Modern.az xəbər verir ki, 21 oktyabr 2019-cu il tarixində “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov Biləsuvar şəhərində Cəlilabad və Cəbrayıl rayonlarının sakinləri ilə görüşəcək. 22 oktyabr 2019-cu il tarixində isə “Azərsu” ASC sədrinin müavini Etibar Məmmədov Masallı şəhərində Masallı və Yardımlı rayonlarının sakinlərini qəbul edəcək.
Qəbullar Lənkəran və Masallı şəhərlərindəki Heydər Əliyev mərkəzlərində, həmçinin Biləsuvar sukanal sahəsinin inzibati binasında keçiriləcək. Qəbullarda sakinlərin içməli su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbul üçün Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad və Cəbrayıl sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili 1050) nömrəsi ilə “Azərsu” ASC-yə və [email protected] elektron poçtu vasitəsilə müraciət edə bilərlər.