Modern.az

Yol qəzasında ölən naməlum piyadanın yaxınları axtarılır - FOTO

Yol qəzasında ölən naməlum piyadanın yaxınları axtarılır - FOTO

Aktual

11 Oktyabr 2019, 13:37

Oktyabrın 10-da axşam saatlarında Göygöl rayonunun Yeni Qızılca kənd ərazisində “BMW” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində ölüb.

 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

 

Həmin kişinin əlamətləri belədir: yaşı  50-60 arası, boyu 163 sm, arıq bədən quruluşlu, saçları qara, gözlərinin rəngi aladır. Əynində qara kostyum, boz köynək və qara şalvar olub. 

 

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Göygöl Rayon Polis Şöbəsinə və (022) 205-22-79; (055) 545-11-02 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı