Ermənistan parlamentinin eks-deputatı və “Daşnaksütyun” partiyasının sabiq üzvü Aqvan Vardanyan mətbuat konfransı keçirib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, Robert Koçaryanın azalığı üçün komitə yaradıldığını elan edib.
“Koçaryanın həbsi nə dövlətə, nə də vətəndaşlara heç nə verməyəcək. Koçaryan həbsdən azad olunmalıdır. Bu məsələni ictimai tələbə çevirmək lazımdır”- deyə Vardanyan söyləyib.
Aqvan Vardanyan Koçaryanın azad olunması üçün yüzlərlə ictimaiyyət xadiminin imza topladığını və 60 mindən çox ölkə sakinlərinin buna qol çəkdiyini yazır. Rəsmi məlumatlara görə 2,9 milyon əhalisi olan Ermənistanda 60 min vətəndaşın imzası ölkə sakinlərinin 2,07%-i deməkdir.