Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan 800 min dollar ziyana düşüb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o 2005-ci ildə Los Ancelesin elit Tarzan məhəlləsində 2,8 milyon dollara aldığı malikanəni 2 milyon dollara satıb.
Sahəsi 498 kvadrat metr olan 2 mərtəbəli malikanə üçün prezidentin qardaşı həmin məbləği nəqd ödəmişdi. Maraqlıdır ki, o həmin zaman həm də Ermənistan parlamentinin deputatı statusunu daşıyırdı.
2018-ci ildə “məxməri inqliab”dan sonra Aleksandr Sarkisyan, oğulları Narek və Ayk istintaq altına düşüblər.