2019-cu ildə qüsurla doğulan uşaqlarla bağlı xəstəxanalara müraciətin statistikası açıqlanıb.
Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qurum tərəfindən ayrılmış yeni küvez aparatlarının köməyi ilə uzaq rayonlardan gətirilən 20 nəfər və paytaxtın doğum evlərində anadan olmuş azçəkili və ya ağır qüsurlarla doğulmuş 900 körpə ilə bağlı müraciət daxil olub.
Onların Respublika Perinatal Mərkəzinə, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna daşınması icra edilib.