“Türk axını” layihəsi 2020-ci il yanvarın 8-də qüvvəyə minir.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz açıqlama verib.
“Biz “Türk axını”nı yanvarın 8-də işə salırıq. Həm şərqdən, həm də şimaldan gələn qaz xətti ilə beynəlxalq bazarda əvəzsiz olacayıq”-deyə nazir deyib.
“Türk axını” hər biri 15,75 milyard kub metr olan 2 xətdən ibarətdir. Birinci xətt Türkiyənin daxili ehtiyaclarını, ikinci xətt isə cənubi və cənub-şərqi Avropa ölkələrini təmin etmək üçün nəzərdə tutulub.