Modern.az

“Atam sol gözünü az da olsa aça bildi” - Oqtay Gülalıyevin oğlu danışdı

“Atam sol gözünü az da olsa aça bildi” - Oqtay Gülalıyevin oğlu danışdı

Aktual

28 Dekabr 2019, 22:04

"Atam bu gün uzun zamandır tərpətmədiyi sol gözünü az da olsa aça bildi".

 

Modern.az-ın məlumatına görə, bunu Türkiyədə müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib.

 

T.Gülalıyev qeyd edib ki, atası artıq hər iki gözünü açmağa başlayır:

"Ümid edirik ki, tezliklə komadan ayılacaq və aramıza geri dönəcək".

Qeyd edək ki, beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb. Onun bütün müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb.


Baş Prokurorluğun yaydığı məlumata görə, 29 oktyabr 2019-cu ildə paytaxtın Nəsimi rayonunun 28 May və Puşkin küçələrinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində piyada, Bakı şəhər sakini Oqtay Gülalıyevin avtomobillə vurulması faktı üzrə başlanmış cinayət işi üzrə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində istintaq tədbirləri davam etdirilir.

Sizə yeni x var
Keçid et
Azərbaycanlı politoloq Ukraynadan canlıda - Son durum! Nə baş verir?