“Azərbaycanda qida yağlarının tərkibində trans yağların normativ həddinin aşağı salınması məsələsi qanunla tənzimlənməlidir. Hazırda Azərbaycanda trans yağlarla bağlı normativ hədd göstəricisi 8 % təşkil edir”.
Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentlyinin (AQTA) sədri Qoşqar Təhməzli jurnaslitlərə açıqlamasında deyib. O bildirib ki, Agentliyin istəyi həmin rəqəm 2 %-ə endirilməsidir:
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istəyir ki, Avropa Qida Təhlükəsizliyi Agentliyinin tövsiyələrinə uyğun olaraq ölkədə də trans yağlarının yuxarı həddini 2 % edək. Təbii ki, bu məsələ qanunvericilikdə öz əksini tapmalıdır. Energetik içkilərdə olduğu kimi trans yağları ilə müvafiq normativ hüquqi sənədlər işlənilir. Sənədlər hazır olduqdan sonra Ədliyyə Nazirliyinə təqdim olunacaq. Orada qeydiyyatdan keçdikdən sonra hüquqi qüvvəyə minəcək”.