Modern.az

Bakıda əl əməyindən istifadə azaldılacaq - yeni texnika gətirildi

Bakıda əl əməyindən istifadə azaldılacaq - yeni texnika gətirildi

Aktual

30 Dekabr 2019, 16:24

Ölkə başçısı İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatırılması istiqamətində Bakı Şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Yeni il ərəfəsində Almaniya istehsalı olan xüsusi təyinaylı avto nəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirilib:

 

“Bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunat təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlərin alınması nəzərdə tutulub. Yeni il ərəfəsində Almaniya istehsalı olan xüsusi təyinaylı avtonəqliyyat vasitələrinin ilk 5 ədədi Bakıya gətirilib.

Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldəcək, əl əməyindən istifadəni azaldacaq, kommunal xidmətlərin mövcud avtoparkınin yeniləşməsinə səbəb olacaqdır. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tulantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı