Modern.az

2020-ci ildə banklara etimad artırılacaq - Mərkəzi Bank

2020-ci ildə banklara etimad artırılacaq - Mərkəzi Bank

Aktual

30 Dekabr 2019, 17:19

2020-ci ildə bank sisteminә etimadın artırılması çәrçivәsindә әmanәtlәrin sığortalanması sisteminin tәkmillәşdirilmәsi diqqәtdә saxlanılacaq. Bu barədə Mərkəzi Bankdan Modern.az-a verilən məlumatda bildirilib.

 

Qeyd edilib ki, maliyyә xidmәtlәri istehlakçılarının hüquqlarının müdafiәsi sisteminin güclәndirilmәsi vә әhalinin maliyyә savadlığı sәviyyәsinin artırılması istiqamәtindә fәaliyyәt dә bank sisteminә etimadın yüksәldilmәsinә xidmәt edәcәk:

 

“2020-ci ildә müxtәlif hәdәf qruplarından olan әhali arasında regional әhatәlilik genişlәnmәklә geniş maariflәndirmә tәdbirlәri davam etdirilәcәk. İctimaiyyәtin maliyyә savadının artırılması onların risk idarәetmәsinin yaxşılaşmasına, borc intizamının artırılmasına vә mәsuliyyәtli borclanma davranışının yayılmasına şәrait yaradacaqdır. İqtisadi artımın dәstәklәnmәsindә maliyyә sektorunun rolunun güclәndirilmәsi, iqtisadi subyektlәrin kreditә çıxış imkanlarının daha da genişlәndirilmәsi istiqamәtindә fәaliyyәt 2020-ci ildә güclәndirilәcәk”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı