Modern.az

2020-ci ilin iqtisadi PROQNOZLARI

2020-ci ilin iqtisadi PROQNOZLARI

Aktual

30 Dekabr 2019, 17:30

Mərkəzi Bank 2020-ci il üçün manatla bağlı proqnozlarını açıqlayıb.

 

Mərkəzi Bankın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, manatın mәzәnnәsinin dinamikası növbәti ildә dә aşağı inflyasiyanın vacib şәrtlәrindәn biri olacaq:

 

“Hesablamalara görә, manatın möhkәmlәnmәsinin qiymәtlәrә azaldıcı tәsiri ilә müqayisәdә onun ucuzlaşmasının artırıcı tәsiri daha yüksәkdir. Mövcud mәzәnnә rejimi çәrçivәsindә Mәrkәzi Bank manatın mәzәnnәsinin makroiqtisadi fundamentallar әsasında formalaşmasına şәrait yaradacaq.

 

Manatın mәzәnnәsinin uzunmüddәtli dinamikasını müәyyәnlәşdirәn başlıca amil 12 tәdiyә balansının vәziyyәti olacaq ki, bu da xarici şokların vә kapital axınlarının tәsiri ilә dәyişә bilәr. Ona görә dә başlıca ixrac mәhsulları üzrә qiymәtlәrin dәyişimi vә kapital axınları, elәcә dә nominal vә real effektiv mәzәnnәlәrin dinamikası daim monitorinq olunacaq, onların iqtisadiyyata vә maliyyә bazarlarına tәsirlәri diqqәtdә saxlanacaq”.

 

“Xarici valyuta tәklifi mәnbәlәrinin diversifikasiyası, habelә dövlәt tәrәfindәn valyuta tәklifi vә tәlәbinin effektiv tәnzimlәnmәsi qarşıdakı dövrdә dә valyuta bazarında uzunmüddәtli tarazlığın әsas tәminatçısı kimi çıxış edәcәk”, - deyə rəsmi məlumatda bildirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı