Bakı Nəqliyyat Agentliyi (BNA) bayram gecəsi xüsusi rejimdə işini davam etdirir.
Bu barədə Modern.az-a BNA-nın mətbuat katibi Mais Ağayev məlumat verib.
O qeyd edib ki, bir neçə saat sonra Dənizkənarı Milli Parkda keçiriləcək atəşfəşanlıq və bayram şənlikləri ilə əlaqədar şəhər mərkəzi istiqamətində nəqliyyat axını müşahidə olunur:
"Lakin hazırda şəhər yollarında sıxlıq müşahidə edilmir. Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi tərəfindən mərkəzi küçələrdə svetoforların vaxt planlanmasında dəyişiklik edilib".
"Həmçinin, müntəzəm marşrut xətlərinin hərəkətinə və qanunsuz parklanma hallarına qarşı nəzarət artırılıb",- deyə BNA rəsmisi əlavə edib.