Modern.az

Spirtli içkidən ölümə görə mağaza sahibi tutulub - RƏSMİ

Spirtli içkidən ölümə görə mağaza sahibi tutulub - RƏSMİ

Aktual

7 Yanvar 2020, 12:44

Daxili İşlər Nazirliyi (DİN) Bakıda daha bir nəfərin spirtli içkidən ölməsi faktı ilə bağlı məlumat yayıb.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, yanvarın 2-də Bakı şəhər sakini Yusif Hüseynov dərmandan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

 

Araşdırmalarla onun spirtli içkidən ölməsi müəyyən edilib.

 

Xətai RPİ 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində spirtli içkini satan, Q.Qarayev prospektində yerləşən bazardakı topdan satış mağazasının sahibi, Bakı şəhər sakini S.Seyidov saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...